Həm Tramp, həm də Zelenskiyə zəng etdi

Həm Tramp, həm də Zelenskiyə zəng etdi

Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski ilə telefon danışığı aparıb.

Bu barədə Britaniya Baş nazirinin ofisi məlumat yayıb.

“Baş nazir həm Prezident Tramp, həm də Prezident Zelenski ilə danışıb. O, Ukraynaya sarsılmaz dəstəyini davam etdirir və Ukraynanın suverenliyi və təhlükəsizliyi əsasında dayanıqlı sülh yolu tapmaq üçün əlindən gələni edir”, - deyə bəyanatda bildirilib.

O da qeyd olunub ki, Starmer Zelenski də daxil olmaqla, martın 2-də Londonda dünya liderləri ilə görüşməyi səbirsizliklə gözləyir.

"Cebheinfo.az"