HƏMAS-ın işi bitir

HƏMAS-ın işi bitir

“İsrail HƏMAS-ın zərərsizləşdirilməsi və ləğvi  mərhələsini tamamlayır”. 

“Cebhe.info” xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu bildirib. 

Hökumət başçısı əlavə edib ki, İsrail Ordusu (İDF) hərəkatın qalıqlarına zərbələr endirməyə davam edəcək.

Netanyahunun sözlərinə görə, iyunun 30-da o, Qəzza diviziyasının yerləşdiyi yerə baş çəkib. İsrail hərbçiləri Rəfahda böyük uğur qazanıb.

Xatırladaq ki, iyunun 29-da İDF Rəfahda çox sayda HƏMAS yaraqlısının məhv edilməsi barədə məlumat vermişdi. İsrail ordusu bildirib ki, döyüşlər həm quruda, həm də yeraltında gedir. Xüsusilə, məktəb ərazisində silah anbarı aşkar edilib.

Qəzza zolağının Səhiyyə Nazirliyinin son məlumatlarına görə, təxminən 38 min insan İsrail ordusunun zərbələrinin qurbanı olub. 87 min yaralı var.

Xəzər
“Cebhe.info”