İnsanların sağ qalması üçün YOL GÖSTƏRİLDİ

Son illərdə qlobal istiləşməni sənayedən əvvəlki səviyyələrdən 1,5 dərəcə Selsi altında saxlamaq getdikcə çətinləşir.
Buna səbəb istixana qazları emissiyalarının davamlı artmasıdır.
Cebhe.info xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelinin (IPCC) hesabatında deyilir.
Hesabatda qeyd edilir ki, qalıq yanacaqların yandırılması, enerjinin qeyri-bərabər və qeyri-dayanıqlı istifadəsi qlobal istiləşməyə 1,1 dərəcə “töhfə” verib. Bu, dünyanın bütün bölgələrində tez-tez baş verən hava hadisələrinə səbəb olur ki, son nəticədə təbiətə və insanlara getdikcə daha təhlükəli vəziyyət yaranır.
BMT-nin baş katibi Antonio Quterreş hesabatı “insanların sağ qalması üçün bələdçi” adlandırıb. İqlimşünaslar bəyan ediblər ki, istixana qazlarının emissiyasını azaltmaq və planeti antropogen iqlim dəyişikliyinə uyğunlaşdırmaq üçün mümkün qədər tez tədbirlər görmək lazımdır.
Əvvəllər BMT planeti xilas etməyin əsas yolları kimi karbonun sekvestrləşdirilməsini və həyat tərzinin dəyişdirilməsini hesab edirdi. Mütəxəssislər öz işlərində bütün dünyada insanların sağlamlığını, rifahını qorumağa kömək edəcək texnologiyalar və fəaliyyətlərə diqqət yetirdilər. Tədqiqatçıların fikrincə, 2050-ci ilə qədər karbon neytrallığına nail olmaq üçün planetdə zərərli emissiyaların pik səviyyəsinə 2025-ci ildə çatmaq lazımdır. Əks halda dünya böyük təhlükələrlə üz-üzə qalacaq.
Xəzər
Cebhe.info