Ukrayna tərəfi İstanbula getməyə razılaşdı: BİR ŞƏRTLƏ

Ukrayna tərəfi İstanbula getməyə razılaşdı: BİR ŞƏRTLƏ

“Ukrayna Rusiya ilə danışıqlar üçün görüşməyə hazırdır”. 

“Cebheinfo.az” “RBC-Ukrayna”-ya istinadən xəbər verir ki, bunu Prezidenti Volodimir Zelenski deyib. O bildirib ki, buna qədər Moskva mayın 12-dən atəşkəsi təsdiqləməlidir.

Zelenski Rusiya tərəfinin müharibəni bitirmək barədə düşünməsini “yaxşı əlamət” adlandırıb. O qeyd edib ki, istənilən müharibəni həqiqətən bitirmək üçün ilk addım atəşkəsdir.

Ukrayna Prezidenti bildirib ki, ölkə görüşlərə hazırdır, lakin buna qədər atəşkəs olmalıdır.

"Qətlləri bir gün də davam etdirməyin mənası yoxdur. Biz gözləyirik ki, Rusiya sabahdan, mayın 12-dən etibarən atəşkəsi tam, davamlı və etibarlı şəkildə təsdiqləyəcək və Ukrayna görüşə hazırdır", - Zelenski bildirib.

Xatırladaq ki, mayın 11-nə keçən gecə Rusiya Prezidenti Vladimir Putin mətbuata açıqlama verərkən mayın 15-də İstanbulda Ukrayna ilə ilkin şərt olmadan danışıqlara başlamağı təklif etmişdi.

Xəzər
“Cebheinfo.az”