Məşhur kəşfiyyata qadın rəhbərlik edəcək - İLK DƏFƏ

Məşhur kəşfiyyata qadın rəhbərlik edəcək - İLK DƏFƏ

Britaniya kəşfiyyat agentliyi Mİ6-ya ilk dəfə qadın rəhbərlik edəcək.

“Cebheinfo.az” “The Times” qəzetinə istinadən xəbər verir ki, agentliyin rəhbərliyi son müsahibəyə çıxan üç qadın namizəddən birini seçir.

Qəzet qeyd edir ki, bu vəzifəyə namizədlərlə müsahibələr ötən həftə baş tutub.

“İkisi Mİ6 zabiti olmaqla üç qadın finala yüksəlib”, – nəşr yazır.

Qəzetin məlumatına görə, yalnız bir qadının kimliyi məlumdur. Bu, İngiltərənin Çindəki keçmiş səfiri Barbara Vudvorddur. O, Britaniya Xarici İşlər Nazirliyinin ən yüksək vəzifəli qadınıdır. Vudvord Pekinə rəğbət bəslədiyi üçün tənqid edilib.

Mİ6-nın hazırkı rəhbəri Riçard Mur agentliyin rəhbərliyində beş il işlədikdən sonra 2025-ci ilin payızında istefa verəcək.

Bu arada Britaniya kəşfiyyat xidmətləri Rusiya ilə münaqişədə Ukraynaya dəstək verir. 

Gizli Kəşfiyyat Xidməti (ing. Secret Intelligence Service; SIS) və yaxud məşhur adı ilə MI6 (Military Intelligence, Section 6; Hərbi Kəşfiyyat, 6-cı bölmə)  Böyük Britaniyanın xarici kəşfiyyat xidmətidir.  Əsasən tərəfdaşlarını dəstəkləmək üçün xarici vətəndaşlar haqqında kəşfiyyat xəbərlərinin toplanması və təhlili ilə məşğuldur. SIS Britaniya kəşfiyyat orqanlarından biridir və rəisi ("C") birbaşa Xarici İşlər Nazirinə tabedir.

Xəzər
“Cebheinfo.az”