“Səbail” 1-ci Liqaya yuvarlandı

Misli Premyer Liqasında 34-cü tur davam edir.
"Cebheinfo.az" xəbər verir ki, “Səbail” “Zirə”ni qəbul edib. Matç qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
22 xalla 10-cu olan “Səbail” Premyer Liqada qalmaq üçün bugünkü matçda mütləq qələbə qazanmalı idi. Klub 1-ci Liqaya yuvarlanıb.
“Turan Tovuz” öz meydanında “Neftçi”ni qəbul edib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
"Turan Tovuz" 49 xalla 4-cü, "Neftçi" isə 40 xalla 6-cı yerdədir.
Misli Premyer Liqasında "Qarabağ" artıq çempionluğu, "Zirə" isə 2-ciliyi təmin edib.
"Cebheinfo.az"