Son bir həftənin ilk sakit GECƏSİ

Son bir həftənin ilk sakit GECƏSİ

Şənbə günü axşam Hindistan və Pakistan arasında atəşkəs razılaşdırıldıqdan sonra Kəşmir Vadisi təxminən bir həftə ərzində ilk dəfə olaraq atəş səsləri və ya pilotsuz təyyarələr olmadan dinc bir gecə keçirib.

“Cebheinfo.az” xəbər verir ki, bunu “Press Trust of India” yazır.

"Şənbə günü axşam saat 23:00-dan sonra Kəşmirdə Nəzarət Xətti boyunca heç bir sektordan atəşkəsin pozulması ilə bağlı heç bir məlumat verilməyib", - rəsmilər Hindistan mediasına bildiriblər.

Hindistan və Pakistan şənbə günü axşam saatlarından etibarən Nəzarət Xətti və Beynəlxalq Sərhəd boyunca atəşi dayandırmağa razılaşıblar. Bu addım Hindistan qüvvələrinin keçən həftə 26 nəfərin ölümü ilə nəticələnən ölümcül Pahalqam hücumuna cavab olaraq Pakistan və  Kəşmirəzərbələr endirməsindən sonra atılıb.

Gecə sakit keçsə də, şənbə günü axşam saatlarında atəşkəs razılaşmasını pozaraq, Kəşmir vadisi üzərində onlarla pilotsuz təyyarə aşkarlanıb. Hindistan və Pakistan şənbə günü atəşkəs haqqında razılığa gəldikdən bir neçə saat sonra Pakistan atəşkəs razılaşmasını pozub. 

Xəzər
“Cebheinfo.az”