İranın məşhur nazirinin səs yazısı yayıldı: “Qasım Süleymani Putinin agentidir” - AUDİO 

İranın məşhur nazirinin səs yazısı yayıldı: “Qasım Süleymani Putinin agentidir” - AUDİO 

İran İslam Respublikasının sabiq xarici işlər naziri Məhəmməd Cavad Zərifin səsyazısı yayılıb.

Cebhe.info xəbər verir ki, sözügedən səs faylında keçmiş nazir İslam İnqilabı Keşikçiləri Korpusunda (SEPAH) xidmət etmiş mərhum iranlı general Qasım Süleymaninin Putinin birbaşa agenti olduğunu və onun göstərişi ilə Suriya müharibəsinə daxil olduğunu deyib.

Yəni keçmiş xarici işlər nazirinin sızdırılmış audio faylının bir hissəsində o, Qasım Süleymanini Putinin agenti olduğunu qeyd edir və bildirir ki, o, Putinlə diplomatik adətlərə riayət etmədən əlaqə saxlayırdı.

O, daha sonra Süleymani və Rusiyanı JCPOA-ya (İranın nüvə proqramına dair hərtərəfli fəaliyyət planı) qarşı, İran xalqına qarşı sanksiyaların əsas səbəbi kimi göstərir. Həmçinin, Rusiyanın İrana qarşı atdığı addımları xatırladır.

https://t.me/tebriz_turan/13219

Aylin
Cebhe.info