İrəvandan mesaj var: “Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdur”

İrəvandan mesaj var: “Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdur”

“Qranada görüşündən sonra hansısa sənədin imzalanacağını və ya bəyanatın qəbul ediləcəyini deyə bilmərəm”.

Cebhe.info xəbər verir ki, bunu oktyabrın 3-də Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının rəhbəri Sarqis Xandanyan jurnalistlərlə söhbətində bildirib.

“Ermənistan sülh müqaviləsi imzalamağa hazır olduğunu həmişə deyib və deyir”,-deyə o bildirib və sənədin imzalanmamasında həmişəki kimi Azərbaycanı ittiham etməyə çalışıb.

Xandanyan Ermənistanın “qırmızı xətləri”ni də sadalayıb:

“Alma-Ata bəyannaməsinə əsaslanaraq Ermənistanın 29 800 kvadrat kilometr ərazi bütövlüyünə hörmət”.

O əlavə edib ki, Ermənistan da kommunikasiyaların blokunu açmaq istəyir, lakin əgər söhbət onun ərazisindən keçən yollar və kommunikasiyalardan gedirsə, Ermənistanın suverenliyi və yurisdiksiyası əsas olmalıdır.

O deyib ki, Ermənistanın heç vaxt Azərbaycana qarşı ərazi iddiası olmayıb və yoxdur.

Xəzər
Cebhe.info