İspaniyanın Baş naziri Türkiyəyə gedəcək

İspaniyanın Baş naziri Türkiyəyə gedəcək

İspaniyanın Baş naziri Pedro Sançes cümə günü Türkiyəyə səfər edəcək. 

"Cebheinfo.az" Türkiyə mediasına istinadən xəbər verir ki, o, Cümhuriyyət Xalq Partiyasının (CHP) ev sahibliyi ilə İstanbulda keçiriləcək Sosialist İnternasional toplantısına qatılacaq.

Sançesin Rəcəb Tayyib Ərdoğanla da görüşəcəyi bildirilir.Toplantının gündəmi İsrailin Qəzzaya hücumları olacaq. Şənbə günü Bağdadda keçirilən Ərəb Liqasının toplantısına qatılan Sançez Fələstin tərəfdarı mövqeyini açıqlayaraq İspaniyanın tanıdığı Fələstinin "gözünün qabağında qan axdığını" deyib.

Məlumatda İspaniyanın Fələstinlə birlikdə BMT-də İsraili Qəzzaya humanitar yardım buraxmağa məcbur edəcək qətnamə layihəsini dəstəkləyəcəyi, Sançesin də İsrailin Qəzzaya humanitar yardımın girməsi ilə bağlı beynəlxalq öhdəliklərinə əməl edib etmədiyi ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin qərar verməsi üçün Bağdaddakı BMT Baş Assambleyasına təklif təqdim edəcəklərini söyləyib.

Nigar Hacılı 
"Cebheinfo.az"