Mask Ağ Evdə narkotik qəbul edib?

ABŞ Prezidenti Donald Tramp amerikalı sahibkar İlon Maskın Ağ Evdə narkotik qəbul etmədiyinə ümid edir.
“Cebheinfo.az” xəbər verir ki, bunu dövlət başçısı Ağ Evdə jurnalistlərlə söhbəti zamanı deyib.
"Mən əslində bunu bilmirəm. Mən belə düşünmürəm ki, o, Ağ Evdə narkotik qəbul edb. Ümid edirəm ki, yox",- deyə Ağ Evin rəhbəri bildirib.
Tramp əlavə edib ki, Maska yaxşılıq arzulayır. Prezidentin sözlərinə görə, onun sahibkarla yaxşı münasibəti olub.
İyunun 7-də “The New York Times” Trampın Maskın “dəli” davranışını narkotik istifadəsi ilə əlaqələndirdiyini bildirdi. Eyni zamanda, mayın sonunda qəzet yazıb ki, sahibkar ABŞ Prezidentinin ən yaxın adamlarından birinə çevriləndən sonra aktiv olaraq ketamin qəbul etməyə başlayıb.
Maskın özü belə məlumatı təkzib edib. İyunun 1-də o, ketamini bir neçə il əvvəl sınadığını, bundan sonra bu barədə “X” sosial şəbəkəsində yazdığını bildirib.
Xəzər
“Cebheinfo.az”