Məşhur universitetin rektoru istefa verdi

ABŞ-də Fələstin tərəfdarı nümayişlər səbəbindən Trampın sanksiyaları ilə üzləşən Kolumbiya Universitetinin müvəqqəti rektoru Katrina Armstrong vəzifəsindən ayrılıb.
"Cebheinfo.az" xəbər verir ki, Katrina Armstrong Vagelos Həkimlər və Cərrahlar Kollecinin dekanı vəzifələrinə geri dönüb.
Onun yerinə müvəqqəti rektor olaraq universitetin mütevelli heyətinin həmsədri Claire Shipman təyin edildi.
Universitet 2013-cü ildən bəri idarə heyətində olan Shipman-ın Kolumbiya Universitetində magistr dərəcəsi olan jurnalist və yazıçı olduğunu bildirilib.
Armstang Kolumbiya Universitetinə rəhbərlik etməyin onun üçün "misilsiz bir şərəf" olduğunu vurğulayıb.
O, ən böyük ehtirasının şəfa vermək olduğunu qeyd edərək "Bu universitetə və cəmiyyətimizə ən yaxşı xidmət göstərə biləcəyim yer burasıdır" açıqlamasını verib.
Qeyd edək ki, Fələstin tərəfdarı tələbələrə qarşı kifayət qədər sərt davranmamaqla tənqid edilən Shafik ötən ilin avqust ayında istefa vermişdi.
Əfsanə Rəcəb
"Cehbeinfo.az"