Paşinyan Blinkenlə delimitasiyanı müzakirə etdi

Paşinyan Blinkenlə delimitasiyanı müzakirə etdi

Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ dövlət katibi Entoni Blenkenlə telefon danışığı aparıb.

Bu barədə Ermənistan baş nazirinin mətbuat katibi məlumat yayıb.

Tərəflər aprelin 5-də keçirilən üçtərəfli görüşdə Brüsseldə əldə olunmuş razılaşmaların icrasını, eləcə də İrəvan və Bakı arasında danışıqlar prosesini müzakirə ediblər.

Paşinyan Azərbaycanla sərhədlərin delimitasiyası prosesini müsbət qiymətləndirib, Voskepar, Kirants və Berkaber kəndlərinin sakinlərinin narahatlığının başa düşülən olduğunu, lakin qaldırılan məsələlərin həlli üçün mümkün olan hər şeyin ediləcəyini vurğulayıb.

Söhbət zamanı qeyd olunub ki, Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması və sərhədlərin delimitasiyası Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına yol açır.

"Cebhe.info"