Paşinyan Moskvada qələbə paradında iştirak edəcək

Ermənistan Baş naziri Nikol Paşinyan Moskvada qələbə paradında iştirak edəcək.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Ermənistanın Baş naziri Rusiya Prezidentinin dəvətini qəbul etdiyini təsdiqləyib və mayın 9-da Moskvada Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi münasibətilə yubiley tədbirlərində iştirak edəcək”, - məlumatda qeyd olunub.
"Cebheinfo.az"