“Yelo Bank”-dan çənə sındıran filial müdiri ilə bağlı AÇIQLAMA

“Yelo Bank”-dan çənə sındıran filial müdiri ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, “Facebook” sosial şəbəkə hesabında Aqil Layıc adlı istifadəçi “Yelo Bank”ın “Elmlər Akademiyası” filialının müdiri Vüqar Xəlilovun müştəriyə qarşı kobud davranaraq ona fiziki zorakılıq tətbiq etdiyi ilə bağlı paylaşım edib.

İddiaya görə, filial müdiri bankda xidmətin gecikməsinə etiraz edən müştərini təhqir edib, daha sonra isə onu döyərək çənəsini sındırıb. 

Məsələ ilə bağlı dünənki  açıqlamasında “Yelo Bank” iddiaların aradırıldığını bildirmişdi.

Araşdırmanın nəticəsi ilə bağlı bu gün “Yelo Bank”dan “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, adıçəkilən şəxs “Elmlər Akademiyası” filialında çalışmır və bankın belə bir əməkdaşı yoxdur. 

Bank tərəfindən digər suallara cavab verilməyib.

Əfsanə Rəcəb 
“Ceebheinfo.az”