“Putin bu müharibədən çıxa bilməz”

“Vladimir Putinin əslində heç bir atəşkəsə ehtiyacı yoxdur, əksinə, o, müharibəni davam etdirməyə çalışır”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski teleqramda bildirib.
“Dünən biz Putinin bəyanatlarını eşitdik. O, heç bir atəşkəs istəmir, ona müharibə lazımdır. Bu, həmişə göz qabağında olub və indi də göz qabağındadır”, - Zelenski deyib.
“Putin döyüş meydanındakı real vəziyyət haqqında yalan danışır, itkilər haqqında yalan danışır, ölkə iqtisadiyyatının real vəziyyəti haqqında yalan danışır və diplomatiyanın iflasa uğraması üçün əlindən gələni edir. Putin bu müharibədən çıxa bilməz, çünki onda heç nəyi qalmayacaq”, - Ukrayna lideri əlavə edib.
Zelenskinin fikrincə, buna görə də Rusiya lideri indi diplomatiyanı sabotaj etmək üçün mümkün olan hər şeyi edir. Əvvəldən, hətta atəşkəsdən əvvəl də son dərəcə çətin və qəbuledilməz şərtlər qoyurdu.
"Cebheinfo.az"