Paşinyan xəritə göstərdi: "Delimitasiyanın 60 faizini həll etmişik"

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədlərin delimtasiyası prosesindən danışıb.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, o, proseslə bağlı yeni məlumatı bölüşüb.
Belə ki, Paşinyanın sözlərinə görə, problemin 60 faizi həll olunub:
"Bu gün delimitasiya prosesi ilə biz Ermənistan dövlətçiliyinin yaradılması problemini 60% həll etmişik".
O, Azərbaycanla sərhədin demarkasiyası və delimitasiyası üçün istifadə olunan SSRİ Baş Qərargahının 1976-cı ilə aid xəritəsini də göstərib.
"Cebhe.info"