Pentaqon Ukraynaya 500 raket göndərəcək
Pentaqon Ukraynaya “Patriot” və “NASAMS” hava hücumundan müdafiə sistemləri üçün 500-dən çox raket göndərəcək.
“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə ABŞ prezident administrasiyasının yüksək rütbəli rəsmisi “The Wall Street Journal”-a açıqlama verib.
Döyüş sursatlarının yaxın həftələrdə Ukraynaya çatdırılacağı bildirilir.
Adıçəkilən nəşrin yazdığına görə, bu təchizat bu ilin sonuna qədər Ukraynanın hava hücumundan müdafiə ehtiyaclarını ödəməlidir.
“Ukraynaya silah və sursatların çatdırılması adətən həftələr və ya aylar çəkir və daşınmaların planlaşdırılan artımı ABŞ-nin silah ehtiyatlarına, xüsusilə də hava hücumundan müdafiə sistemlərinə təsiri ciddi narahatlıq doğurur”, - deyə nəşrə məlumat verən başqa bir Pentaqon rəsmisi bildirib.
Vaşinqtonun Ukraynaya ötürmək üçün başqa ölkələrdən də silah almaq imkanını nəzərdən keçirdiyi vurğulanır.
Müşfiq Abdulla
“Cebheinfo.az”