Peskov: "ABŞ ilə danışıqlar ağır gedir"

Rusiya və ABŞ Ukrayna nizamlanması mövzusunda təmasları davam etdirir, lakin müzakirə olunan məsələlər çox mürəkkəbdir.
"Cebheinfo.az" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Biz Amerika tərəfi ilə əlaqələrimizi davam etdiririk, - Kreml nümayəndəsi qeyd edib. - Mövzu çox mürəkkəbdir - müzakirə etdiyimiz maddələr, Ukrayna nizamlanması ilə bağlı, onlar çox əlavə səy tələb edir."
Xatırladaq ki, ABŞ prezidenti bir müddət əvvəl demişdi ki, Rusiya Ukraynadakı münaqişənin sülh yolu ilə həlli ilə bağlı razılığa gəlməsə, Rusiya neftinə ikinci dərəcəli məhdudiyyətlər tətbiq edəcək.
"Cebheinfo.az"