Polis gücləndirilmiş rejimə keçdi: Aksiya gözlənilir

Polis gücləndirilmiş rejimə keçdi: Aksiya gözlənilir

Amerika Birləşmiş Ştatlarında (ABŞ) polis sabiq prezident Donald Trampı dəstəkləyən bölgələrdə gücləndirilmiş rejimə keçib.

Cebhe.info xəbər verir ki, ABŞ mətbuatı bu haqda yazıb. Bildirilib ki, buna səbəb Trampın həbs olunma ehtimalıdır. “Əgər Tramp həbs olunarsa, onu dəstəkləyən bölgələrdə geniş etiraz aksiyası başlaya bilər. Ən təhlükəli bölgələr isə Vaşinqton və Los- Ancelesdir. Ona görə də polis etirazların ola biləcəyi bölgələrdə gücləndirilmiş rejimə keçib”,-deyə ABŞ mətbuatı yazıb. Qeyd edək ki, sabiq prezident aktyor Stormi Danielsdən onu qorumaq üçün qanunsuz olaraq 130 min dollar aldığı üçün istintaqa cəlb olunub.

Vilayət Muxtar
Cebhe.info