Polşada kimyəvi tullantılar poliqonunda yanğın olub

Polşada kimyəvi tullantılar poliqonunda yanğın olub

Polşanın Lodz voyevodalığının Volya Laska yaşayış məntəqəsində kimyəvi tullantılar poliqonunda yanğın baş verib, nəticədə 6 nəfər xəsarət alıb.

Bu barədə RMF FM radiostansiyasına yanğınsöndürmə xidmətinin Lodzdakı nümayəndəsi Lukaş Qurçinski məlumat verib.

İlkin olaraq 6 zərərçəkənlə bağlı məlumatımız var”, - o bildirib.

Nümayəndənin sözlərinə görə, hadisə yerinə 19 yanğınsöndürmə briqadası, həmçinin kimyəvi çirklənmə ilə işləyən xüsusi xilasedicilər qrupu cəlb edilib.

"Cebhe.info"