Putin- Rahmon görüşü başlayıb

Rusiya prezidenti Vladimir Putin və tacikistanlı həmkarı Emoməli Rahmon arasında Moskvada görüş başlayıb.
Cebhe.info xəbər verir ki, bu barədə RİA məlumat yayıb.
Qeyd edək ki, Rahmon Moskvada 2 günlük səfərdədir.
Görüşdə ticarət-iqtisadi və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın vəziyyəti və gələcək inkişaf perspektivləri, Rusiya-Tacikistan strateji tərəfdaşlığının digər əsas aspektlərinin müzakirəsi, eləcə də aktual regional və beynəlxalq problemlər ətrafında fikir mübadiləsinin aparılması planlaşdırılır.
Danışıqlar nəticəsində bir sıra mühüm ikitərəfli sənədlər imzalanacaq. Dövlət başçıları mətbuata bəyanatlarla çıxış edəcəklər.
Cebhe.info