Putin Trampı təbrik edəcək?

Rusiya prezidenti Vladimir Putin Donald Trampı prezident seçkilərindəki qələbəsi münasibətilə təbrik etməyi planlaşdırmır.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Mən prezidentin (Vladimir Putin-red) Trampı seçki münasibətilə təbrik etmək planlarından xəbərsizəm.Unutmayaq ki, söhbət həm birbaşa, həm də dolayısı ilə dövlətimizə qarşı müharibədə iştirak edən dost olmayan ölkədən gedir”, - o qeyd edib.
"Cebheinfo.az"