Daha bir PKK lideri silahı yerə qoydu

Daha bir PKK lideri silahı yerə qoydu

PKK terror təşkilatının Suriyadakı siyasi qanadı PYD-nin rəhbəri Saleh Müslüm kürd dövlətinin yaradılması uğrunda mübarizəni dayandırdığını bəyan edib.

“Türkiyə ilə düşmənçiliklə harasa gedə biləcəyimizə inanmırıq. Türklər bizim qonşumuz və dost xalqdır. Başqa bir dövlət qurmaq niyyətində deyilik. Türkiyə və Suriya xalqının bir parçası olmaq, qardaşlıq sülhü içində yaşamaq istəyirik. Suriyada muxtariyyət tələb etmirik. Heç bir siyasi ilkin şərt irəli sürmürük. Biz sadəcə bərabərlilik əsasında ədalətli idarəetmə istəyirik”.

"Cebheinfo.az"-ın məlumatına görə, Saleh Müslimin yaydığı müraciətdə belə deyilir.

Qeyd edək ki, PKK terror təşkilatının ömürlük həbsdə olan rəhbəri Abdullah Öcalanın müraciətindən sonra təşkilatın xeyli üzvü silahlı mübarizəni dayandırıb. Yaxın vaxtlarda PKK-nın İraqda keçiriləcək qurultayında fəaliyyətini dayandırması barədə qərar qəbul edəcəyi gözlənilir.

Xatırladaq ki, martın 11-də Suriya rəhbərliyi ilə PKK-ya bağlı “Suriya Demokratik Qüvvələri” (SDQ) arasında razılaşma əldə olunub. Anlaşma əsasında SDQ və onun əsas hərbi qüvvəsi YPG Suriya ordusuna inteqrasiya edəcək.

Müşfiq Abdulla

"Cebheinfo.az"