Qəzzada ölənlərin sayı 48 577 nəfərə çatıb

Son sutka ərzində Qəzza zolağında 3-u dağıntılar altından çıxarılan 5 fələstinlinin cəsədi xəstəxanalara çatdırılıb.
"Cebheinfo.az" xəbər verir ki, bu haqda Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, İsrailin Qəzza zolağına qarşı 7 oktyabr 2023-cü il tarixindən bu ilin 19 yanvar tarixində qüvvəyə minmiş atəşkəs rejiminə qədər davam edən hücumlarında həlak olan fələstinlilərin sayı 48 min 577, yaralıların sayı isə 112 min 41 nəfər olub.
Məlumatda həmçinin bildirilir ki, HƏMAS ilə əldə olunan atəşkəs və məhbus mübadiləsi ilə bağlı sazişə baxmayaraq, İsrail Qəzzada atəşkəsi tez-tez pozmağa davam edir.
Nigar Hacılı
"Cebheinfo.az"