Qriqoryanın ofisi komissiyaların iclası barədə məlumat yaydı

Qriqoryanın ofisi komissiyaların iclası barədə məlumat yaydı

Ermənistan hökuməti Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyana dair baş nazirlərin müavinləri səviyyəsində keçirilən növbəti görüşlə bağlı açıqlama yayıb.

“Cebhe.info” xəbər verir ki, Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın ofisi bu barədə məlumat verib.

“Müvafiq razılaşmalara əsasən, komissiyalar Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası üzrə dövlət komissiyasının birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzərində işləyirlər. 2024-cü il iyulun 1-dən komissiyalar Əsasnamə layihəsini iş qaydasında bir-birinə təhvil verib və bir sıra müzakirələr aparıblar. Danışıqlar konstruktiv şəkildə davam edir. Yaxın vaxtlarda uzlaşma prosesinin başa çatdırılması planlaşdırılır”, - deyə məlumatda qeyd edilir.

Komissiyaların görüşü ilə bağlı əlavə təfərrüatlar açıqlanmır.

Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu gün Ermənistan Demokratik Forumunun yekunlarına əsasən, sərhədlərin demarkasiyası komissiyaları ilə bağlı qətnamənin qəbulunun təxirə salınmasına dair bəyanatı şərh etməkdən imtina edib.

Müşfiq Abdulla 
“Cebhe.info”