Rusiya-Ukrayna müharibəsi bu həftə bitir?

Rusiya-Ukrayna müharibəsi bu həftə bitir?

Birləşmiş Ştatlar Kiyevin bu həftə müharibəyə son qoymaq ideyalarına cavab verəcəyini gözləyir. 

“Cebheinfo.az”-ın məlumatına görə, “The Wall Street Journal” belə yazır. 

Qeyd edilir ki, xüsusilə, Ukraynanın NATO-ya üzv olmaqdan imtina edilməsi və Krımın ABŞ tərəfindən Rusiya kimi tanınması ehtimal edilir.

Qərb rəsmiləri bildiriblər ki, ideyalar Tramp administrasiyasının yüksək səviyyəli rəsmilərinin aprelin 17-də Parisdə Ukrayna tərəfinə təqdim etdikləri məxfi sənəddə öz əksini tapıb. 

Onlar bunu birgünlük görüşdə Avropa rəsmilərinə də göstəriblər. ABŞ indi Kiyevdən Amerika, Ukrayna və Avropa rəsmilərinin bu həftənin sonunda Londonda keçiriləcək görüşündə qəbul ediləcək cavabını gözləyir.

Bundan  sonra üç tərəfin mövqeyi üst-üstə düşərsə, təkliflər Moskvaya təqdim oluna bilər. ABŞ-nin Parisdə təqdim etdiyi ideyalar bir neçə isttiqaməti əhatə edirdi. 

Onların arasında Ukraynanın NATO-ya üzvlüyündən kənarlaşdırılması, Zaporojye AES-in ətrafındakı zonanın Vaşinqtonun nəzarətində ola biləcək neytral ərazi elan edilməsi yer alır.

Eyni zamanda, Qərb rəsmilərinin fikrincə, Tramp komandasının nümayəndələrinin irəli sürdüyü ideyalar Rusiyanın bir sıra tələblərinə uyğun gəlmir.

Xüsusilə, ABŞ Rusiyanın Ukraynanın şərqində dörd bölgəyə nəzarət etmək üçün qanuni haqqı olduğunu tanımır. Söhbət Zaporojye, Xerson, Luqansk və Donetsk vilayətlərindən gedir. Eyni zamanda, Vaşinqton rus qoşunlarının bu ərazilərindən çıxmasını tələb etmir.

Bundan öncə “Bloomberg” ABŞ-ın Krımın Rusiya kimi tanınması imkanını nəzərdən keçirəcəyini yazmışdı.

“Wall Street Journal” yazır: “Tramp administrasiyasının bəzi ideyalarını qəbul etmək Kiyev üçün çətin ola bilər. Çünki Ukrayna Rusiyanın hər hansı ərazisinə hüquqi iddialarının olduğunu etiraf etməkdən imtina edib”.

Həmçinin, nəşrin yazdığına görə, ABŞ Ukrayna qoşunlarının sayını məhdudlaşdırmağı təklif etmir və Qərbin Kiyevə hərbi dəstəyini və ya bu ölkədə Avropa qoşunlarının yerləşdirilməsini istisna etmir.

Müşfiq Abdulla 
“Cebheinfo.az”