Rusiyalı alpinistlər Kazbek dağında həlak olublar

Kazbek dağında iki alpinist həlak olub.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan DİN yayıb. Bildirilib ki, insident şənbə günü baş verib. Həlak olan alpinistlərin Rusiya vətəndaşları olduğu bildirilib. Onların meyitləri DİN-in helikopteri ilə dağdan endirilib. Faktla əlaqədar Gürcüstan cinayət məcəlləsinin ehtiyyatsızlıqdan adam öldürmə maddəsi ilə cinayət işi açılıb.
"Cebheinfo.az"