Rusiyanın 3 vilayətinə PUA hücumu edildi

Rusiya ordusunun hava hücumundan müdafiə sistemləri bir gecədə Həştərxan, Belqorod və Voronej vilayətləri üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus dörd pilotsuz uçuş aparatını (PUA) məhv edib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Ötən gecə Ukrayna ordusu Rusiya Federasiyası ərazisindəki hədəflərə təyyarə tipli PUA-dan istifadə etməklə hücum etmək cəhdinin qarşısı alınıb.
Növbətçi hava hücumundan müdafiə qüvvələri Belqorod vilayəti ərazisində iki, Voronej və Həştərxan vilayətləri ərazilərində isə bir olmaqla Ukraynaya məxsus PUA-nı məhv edib”, - deyə nazirlikdən bildirilib.
Həsən Məmmədov
"Cebheinfo.az"