Prezidentin iti Avstriya liderinin əlini dişlədi - VİDEO

Prezidentin iti Avstriya liderinin əlini dişlədi - VİDEO

Avstriya Prezidenti Aleksandr van der Bellen Moldovaya səfər edib.

Modern.az Moldova televiziyasına istinadən xəbər verir ki, onun moldovalı həmkarı Maya Sandu ilə görüşü zamanı maraqlı anlar yaşanıb.

Avstriyalı siyasətçi həmkarının itini sığallamaq istəyərkən heyvan onun əlini dişləyib 

Sandu iti sakitləşdirib və qonağından üzr istəyib.

Avstriya Prezidenti növbəti görüşlərdə bintlə sarılmış əllə görüntülənib.

Cebhe.info