Sanksiyalardan kim daha çox əziyyət çəkir: Qərb, yoxsa Rusiya?

Sanksiyalardan kim daha çox əziyyət çəkir: Qərb, yoxsa Rusiya?

“Qərbin sanksiyaları sayəsində Rusiya 5 trilyon rubl (təxminən 58,3 milyard dollar) əlavə gəlir əldə edib. Qərb ölkələri 256 milyard dollar ziyana düşüb”.

"Cebhe.info" xəbər verir ki, bu barədə məlumat Rusiya mətbuatında yer alıb. 

Məlumata görə, Qərb ölkələrində idxalçılar anti-Rusiya sanksiyaları səbəbindən 2022-ci ildə 64,1, 2023-cü ildə isə 192,4 milyard dollar ziyana düşüblər.

“Dost ölkələrə” təxminən 287,5 milyard dollar ixrac edən Rusiya itkilərini kompensasiya edərək, 58,3 milyard dollar əlavə gəlir əldə edib.

Qeyd edək ki, sanksiyalardan sonra Rusiyadan Qərb ölkələrinə tədarükləri azalan məhsullar arasında qiymətli metallar, minerallar, metal məmulatları, plastik və rezin də var.

Nigar Hacılı 
"Cebhe.info"