Sensasion səs yazısı yayıldı

Arxiyepiskop Baqrat Qalstanyanla tərəfdarları arasında danışıqların audio yazısı Britaniya kəşfiyyat xidmətləri tərəfindən hazırlanıb,.
""Cebheinfo.az"-ın məlumatına görə, "Hraparak" qəzeti Ermənistan hakimiyyətinə yaxın mənbələrə istinadən belə yazır.
Nəşr iddia edir ki, ingilislərin bölgədə qlobal planları var.
Qəzetin yazdığına görə, onlar bu səs yazılarından Ermənistanda hakimiyyətin mövqelərini daha da gücləndirmək, müxalifəti terrorçu kimi təqdim etmək üçün istifadəyə hazırlaşırlar. Onların məqsədi həm də Ermənistanda anti-Rusiya dalğası qaldırmaq və Rusiyanı bölgədən sıxışdırmaqdır",-deyə "Hraparak" qeyd edir.
Müşfiq Abdulla
"Cebheinfo.az"