Sərnişin təyyarəsi qəzaya uğradı

Sərnişin təyyarəsi qəzaya uğradı

ABŞ-nin Kaliforniya ştatının San Dieqo şəhərində içərisində 6 nəfərin olduğu kiçik təyyarə dənizə düşüb.

"Cebheinfo.az" xəbər verir ki, səlahiyyətlilər təyyarənin 1970-ci il model “Cessna 414” olduğunu və qəzanın dünən yerli vaxtla saat 12:45 radələrində Point Loma sahillərində baş verdiyini bildiriblər.

ABŞ Sahil Mühafizəsinin zabiti Rayan Qreyves qrupların dağıntı sahəsi aşkarladığını və dağıntı sahəsindəki dərinliyin təxminən 61 metr olduğunu bildirib. Qraves axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

Bildirilir ki, təyyarədə pilot, pilotun həyat yoldaşı, ata və üç oğlu da daxil olmaqla 6 nəfər olub.

Pilot havaya qalxdıqdan sonra istiqamətini və hündürlüyünü saxlamaqda çətinlik çəkdiyini və təyyarənin 13 saniyə ərzində 1900 fut hündürlük itirdiyini bildirdi.

Məlumata görə, təyyarə havaya qalxdıqdan 6 dəqiqə sonra dənizə düşüb.

San Dieqo Beynəlxalq Hava Limanından havaya qalxan təyyarənin Arizona ştatının Feniks şəhərinə getdiyi açıqlanıb.

Nigar Hacılı 
"Cebheinfo.az"