Sinan Oğandan antiterror əməliyyatı ilə bağlı PAYLAŞIM
Sinan Oğan Azərbaycan Ordusunun apardığı antiterror əməliyyatları ilə bağlı paylaşım edib.
Cebhe.info xəbər verir ki, o, "X" platformasında Azərbaycana dəstəyini nümayiş etdirib.
Sinan Oğan bunları yazıb:
"Azərbaycan Qarabağda Konstitusiya quruluşunu bərpa etmək üçün lokal antiterror əməliyyatlarına başlayıb. Azərbaycanın BMT tərəfindən tanınan ərazisində “boz” ərazilər yaratmağa çalışan ermənilər bunun mümkün olmadığını başa düşməlidirlər. Türk milləti bütövlükdə can Azərbaycanın yanındadır. Xankəndi başda olmaqla bölgə erməni terrorçularından təmizlənəcək.Tarix Zəngəzurda öz mənşəyinə qayıdacaq".
Elmir Mustafa
Cebhe.info