Spirtli içkilərin qiyməti artdı

Spirtli içkilərin qiyməti artdı

 İyulun 1-dən Rusiyada araq, konyak, brendi və rom üçün yeni minimum qiymətləri müəyyən edilib və yeni artımlar qüvvəyə minib.

"Cebhe.info" xəbər verir ki, yarım litr arağın ən aşağı pərakəndə satış qiyməti 281 rubldan 299 rubla yüksəlib. Bu rəqəm konyak üçün 517 rubldan 556 rubla, brendi üçün isə 375 rubldan 403 rubla yüksəlib. 

Rom üçün ən aşağı satış qiyməti 403 rubl olaraq müəyyən edilib.

Federal və Regional Alkoqol Bazarlarının Tədqiqi Mərkəzinin direktoru Vadim Drobiz bildirib ki, spirtli içkilər və digər xammal kimi xərclərin, nəqliyyatın və maaşların artımı içkilərin qiymətlərində özünü göstərir.

Drobiz bu artımlardan sonra ölkədə spirt istehlakında azalma olmayacağını proqnozlaşdırıb.

Nigar Hacılı 
"Cebhe.info"