Sürücü avtomobilini piyadaların üzərinə sürdü: 9 ölü, 4 yaralı

Sürücü avtomobilini piyadaların üzərinə sürdü: 9 ölü, 4 yaralı

Cənubi Koreyanın paytaxtı Seulda baş verən yol qəzasında 9 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

"Cebhe.info" xəbər verir ki, Cənubi Koreyanın paytaxtı Seulda meriya binası yaxınlığında sürücü səhvən avtomobillə yolun əks istiqamətinə daxil olaraq piyada keçidində gözləyən kütlənin üzərinə sürüb.

Qəza nəticəsində 9 nəfər ölüb, 4 nəfər yaralanıb.

Adı açıklanmayan polis rəsmisi bildirib ki, 70 yaşlarında bir kişi sürücü işıqforda gözləyən piyadaları vurub. O, ölənlərin sayının arta biləcəyini söyləyib.

Cənubi Koreya mətbuatında yer alan xəbərlərdə, avtomobilin piyadaları vurmadan əvvəl iki avtomobili vurduğu, sürücünün isə qəzanın avtomobilin ani sürətlənməsi səbəbindən baş verdiyini iddia etdiyi bildirilib.

Polis avtomobilin sürücüsünü saxlayıb.

Nigar Hacılı 
"Cebhe.info