Təyyarə elektrik xəttinə dəydi:3 ölü

Təyyarə elektrik xəttinə dəydi:3 ölü

Fransanın İl-de-Frans regionunda yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində üç nəfər ölüb.

“Cebhe.info” Fransa mediasına istinadən xəbər verir ki, hadisə A4 magistral yolunun A104 şosesi ilə Kollejyendəki kommunanın qovşağında baş verib. 

Yüngül mühərrikli təyyarə yüksək gərginlikli elektrik xəttinə dəyib, avtomobil yoluna düşüb və alovlanıb. Qəza zamanı bütün sərnişinlər həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Həsən Məmmədov
“Cebhe.info”