Tramp elan etdi: "Hindistan və Pakistan atəşkəslə razılaşıblar"

ABŞ Prezidenti Donald Tramp hər iki ölkənin bir-birinin hərbi obyektlərinə hücumları və əks-hücumları fonunda Hindistan və Pakistanın "tam və dərhal atəşkəs" barədə razılığa gəldiyini açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsindəki hesabında yazıb:
"Birləşmiş Ştatların vasitəçiliyi ilə uzun sürən danışıqlardan sonra Hindistan və Pakistanın atəşkəs haqqında razılığa gəldiyini elan etməkdən məmnunam. Hər iki ölkəni ehtiyatlılığa görə təbrik edirəm və bu məsələyə diqqətinizə görə təşəkkür edirəm".
Hələlik atəşkəslə bağlı Hindistan və Pakistandan rəsmi açıqlama verilməyib.
Nigar Hacılı
"Cebheinfo.az"