Tramp ilk səfərini bu tarixdə edəcək

ABŞ Prezidenti Donald Tramp may ayında Səudiyyə Ərəbistanına səfər edəcək.
Bu haqda Ağ Evin mətbuat katibi Karolayn Livit bildirib.
O, səfərin konkret təfərrüatları və tarixinin daha sonra açıqlanacağını vurğulayıb.
Qeyd edək ki, Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı ilk xarici səfərinin Səudiyyə Ərəbistanına edəcəyini təsdiqləyib. Tramp Yaxın Şərqin digər ölkələrinə, o cümlədən Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfər etməyi planlaşdırdığını qeyd edib.
"Cebheinfo.az"