Tramp xanım admiralı işdən qovdurdu - SƏBƏB

Tramp xanım admiralı işdən qovdurdu - SƏBƏB

ABŞ Prezidenti Donald Trampın administrasiyası vitse-admiral Şoşana Çatfildi ölkənin NATO Hərbi Komitəsindəki nümayəndəsi vəzifəsindən uzaqlaşdırıb. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayb.

Eyni zamanda, Pentaqon hələlik agentliyə bu məlumatı şərh etməyib.

Qeyd edilir ki, ABŞ-nin NATO müttəfiqlərinə Çatfildin vəzifəsini tərk etməsi barədə artıq məlumat verilib.

Mənbə deyib ki, Çatfildin işdən çıxarılması onun müxtəliflik, bərabərlik və inklüzivlik (DEI) mövzusundakı mövqeyi ilə bağlı ola bilər. 

2024-cü ilin dekabrında Amerika Hesabatlılıq Fondu ABŞ-nin hazırkı müdafiə naziri Pit Hiqsetə fikirlərinə görə işdən çıxarılmalı olan şəxslərin siyahısını göndərib.

Siyahıda olanlar arasında Konqresin gender tərkibini tənqid edən və “DEI” təşəbbüslərini dəstəkləyən Çatfild də var.

Onun bu məsələlərə həsr olunmuş ABŞ hərbi tədbirində iştirak etdiyi bildirilir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”