Turabidən həyəcanlandıran açıqlama: "Geri qayıdacağam"

Türkiyənin "TV8" telekanalında yayımlanan "Survivor" proqramından ayrılan Turabi Çamkıran səssizliyini pozub.
"Cebhe.info" xəbər verir ki, zədələndiyi üçün yarışmadan ayrılan Turabi açıqlama verib.
O, "Instagram" hesabından paylaşım edərək geri dönəcəyini açıqlayıb:
"Bacılarım, qardaşlarım, nənələrim, babalarım, qüsura baxmayın. Sağlıq problemlərimə görə mübarizəmi dayandırmaq məcburiyyətində qaldım. Amma daha güclü bir şəkildə geri dönəcəm. Heç kimin təzyiqi altında qalmadan zədələndiyim üçün sizə əlvida deyirəm".
Turabi "Survivor" komandasına da təşəkkür edib:
"Mənə bu sezonda yer verən böyük qardaşım Acun Ilıcalıya, kamera arxasında çalışan bütün komandaya, sağlamlığımızla öz övladlarının səhhəti kimi maraqlanan həkimlərimizə, izləyicilərimizə, şərhçilərimizə və səhifə adminlərimizə təşəkkür edirəm. Belə nəhəng bir heyətin parçası olmaq mənim üçün qürurdur.
Bütün iştirakçılara ürəkdən təşəkkür edirəm. Hamısı çempionluğu və çəkdikləri əziyyətə görə hörməti sonuna qədər haqq edirlər. Qəzası, bəlasız və zədəsiz bir sezon arzulayıram. Allaha əmanət olun".
Elmir Mustafa
"Cebhe.info"