Türkiyə-Suriya sərhədində toqquşma: Ölənlər var

Türkiyə-Suriya sərhədində toqquşma: Ölənlər var

Türkiyə ordusunun əsgərləri Hələb vilayətinin şimalında yerli qaçaqmalçıların istifadə etdiyi nəzarət-buraxılış məntəqələrini bağlamasına etiraz edən suriyalı müxalif döyüşçülərin üsyanını yatırıb.

"Cebhe.info" Şam FM radiosuna istinadən xəbər verir ki, Suriyanın Afrin, Əl-Bab və Azez bölgələrində baş verən qarşıdurmalarda azı 25 dəstə üzvü öldürülüb.

Bundan əvvəl də Türkiyə hərbçiləri nəzarət-buraxılış məntəqəsinin bağlanması ilə razılaşmayan müxalif qruplar etiraz aksiyaları təşkil etdiyi Suriyanın şimalındakı “Bab əs-Salam” və “Əl-Rai” keçid məntəqələrinə hərbi dəstək göndərmişdi.

“Al Mayadeen” telekanalı ən şiddətli toqquşmaların Afrində (Hələbdən 60 km aralıda) baş verdiyini və silahlıların Türkiyənin nəzarət-buraxılış məntəqələrinə və hərbi bölgələrinə hücum etdiyini bildirib.

Nigar Hacılı 
"Cebhe.info"