Türkiyə yeni yüksək texnologiyalı məhsullar təqdim edəcək

Türkiyə yeni yüksək texnologiyalı məhsullar təqdim edəcək

“IDEF-23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində 120 təqdimat proqramı, əməkdaşlıq protokolu və razılaşmanın imzalanma mərasimi keçirilib.

APA-nın xəbərə görə, bu barədə İstanbul şəhərində keçirilən sərginin bağlanış mərasimində çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O qeyd edib ki, “IDEF-23” müdafiə sənayesi sahəsində əməkdaşlığı daha da gücləndirəcək. Ərdoğanın sözlərinə görə, Türkiyə yaxın zamanda yeni yüksək texnologiyalı məhsullar təqdim edəcək.

Cebhe.info