Türkiyədə 2015-ci ildə terror aktının iştirakçıları ömürlük həbsə məhkum edilib

Türkiyədə 2015-ci ildə terror aktının iştirakçıları ömürlük həbsə məhkum edilib

Türkiyə məhkəməsi 2015-ci il oktyabrın 10-da Ankarada ölkə tarixinin ən böyük terror aktı ilə bağlı təqsirləndirilən şəxslərə ömürlük həbs cəzası verib.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, həbsdə olan 10 təqsirləndirilən şəxsdən yalnız 9-u terrorçu qruplaşmanın fəaliyyətində iştirak və qəsdən adam öldürmə ittihamı ilə ağırlaşdırıcı hallarla ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2018-ci ildə 9 təqsirləndirilən şəxs barəsində ömürlük həbs qərarı çıxarılsa da, təqsirləndirilən şəxslərin vəkilləri apellyasiya şikayəti verib.\Report

"Cebhe.info"