Türkiyədə terror əməliyyatı: Saxlanılanlar var

Türkiyədə terror əməliyyatı: Saxlanılanlar var

Türkiyədə terror təşkilatının üzvlərinə qarşı əməliyyat keçirilib.

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya yerli mətbuata açıqlama verib.

Nazir bildirilib ki, Bitlis şəhəri və 9 qəsəbədə 113 ünvanda polis əməkdaşları tərəfindən terror təşkilatının üzvlərinə qarşı keçirilən əməliyyat tədbirləri nəticəsində 88 nəfər saxlanılıb.

Ali Yerlikaya qeyd edib ki, sonuncu terrorçu zərərsizləşdirilənədək mübarizələrini davam etdirəcəklər.

Cebhe.info