Üç ölkə Gürcüstana sanksiya tətbiq etdi

Üç ölkə Gürcüstana sanksiya tətbiq etdi

Fransa, Polşa, Almaniyanın xarici işlər nazirləri Gürcüstanın diplomatik və xidməti pasport sahibləri üçün vizasız girişdən imtinanı elan ediblər.

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə Polşa Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən açıqlama verilib. 

“Biz Gürcüstanın diplomatik və xidməti pasportlarının sahibləri üçün vizasız rejimin ləğvi ilə bağlı Avropa İttifaqının qərarını icra edəcəyik. Aİ və milli səviyyədə əlavə tədbirləri nəzərdən keçirəcəyik”,-məlumatda belə qeyd edilir.

Bildirilir ki, xarici işlər nazirləri də etirazların zorla yatırılmasına, insanların hüquqlarının pozulmasına qarşı çıxış ediblər. Onlar, həmçinin Gürcüstan hakimiyyətini bütün maraqlı tərəflərlə dialoqa çağırıblar.

Müşfiq Abdulla 
“Cebheinfo.az”