Ukraynaya 3,5 milyard avro ayrıldı

Ukraynaya 3,5 milyard avro ayrıldı

Avropa İttifaqı Şurası Kiyevə makromaliyyə yardımı proqramı çərçivəsində 3,5 milyard avro tranş ayrılmasını təsdiqləyib. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Şuranın Brüsseldə keçirilən iclasının bəyanatında bildirilir. “Şura Ukraynaya təqribən 3,5 milyard avro məbləğində üçüncü ödənişi təsdiqlədi. Bu ödənişlə birlikdə Ukrayna, bir il əvvəl yaradılmış Ukrayna Fondu çərçivəsində ümumilikdə 20 milyard avro vəsait almış olacaq”, – deyə bəyanatda qeyd olunub. 

Səbinə Uğur 
"Cəbhəinfo.az"