Ümit Özdağ nazir olacaq? – CHP-dən AÇIQLAMA

Ümit Özdağ nazir olacaq? – CHP-dən AÇIQLAMA

Türkiyənin Zəfər Partiyasının sədri Ümit Özdağın “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu prezident seçiləcəyi təqdirdə, daxili işlər naziri olacağı iddiası bu gün əsas gündəm mövzularından biridir.

Cebhe.info xəbər verir ki, onun Kılıçdaroğlunu dəstəkləmə qərarından öncə nazir olacağı ilə paylaşım etməsi bu iddiaların yaranmasına səbəb olub.

Cümhuriyyət Xalq Partiyası (CHP) da məsələyə münasibət bildirib.

Partiyanın sözcüsü Faik Öztrak iddiaları təkzib edib:

“Kamal Kılıçdaroğlu və Ümit Özdağ arasındakı görüşlərdə bu məsələ müzakirə olunmayıb. İmzalanan hər iki protokolda da bununla bağlı heç bir maddə yoxdur. Partiya sədrləri arasında nazirliklərlə bağlı heç bir bazarlıq getməyib. Nazirlər Kabineti “Millət İttifaqı”nı formalaşdıran partiyalar arasında keçirilən iclaslarda qərar veriləcək”.

Elmir Mustafa
Cebhe.info