Uşaq naziri uşaqdan uşaq dünyaya gətirib: İSTEFA VERDİ

Uşaq naziri uşaqdan uşaq dünyaya gətirib: İSTEFA VERDİ

İslandiyanın uşaq məslələri üzrə naziri Asthildur Loa Thorsdottir 30 il əvvəl bir yeniyetmədən övladı olduğunu etiraf etdikdən sonra istefaya gedib.

“Cebheinfo.az” bu barədə “BBC News”-a istinadən xəbər verir.

Nazir mediaya bildirib ki, oğlanın 15 yaşında olanda, onunla münasibətə başlayıb. BU zaman onun 22 yaşı olub və oğlanın onun iştirak etdiyi qrupda məsləhətçi işləyib.

Daha sonra oğlanın 16, onun isə 23 yaşı olanda övladları dünyaya gəlib.

"36 il keçdi, bu müddət ərzində çox şey dəyişdi və bu gün mən bu məsələləri mütləq başqa cür həll edərdim",-deyə indi  58 yaş olan nazir deyib.

İslandiyanın Baş naziri Kristrun Frostadottir mətbuata açıqlamasında bunun "ciddi bir məsələ" olduğunu söyləyib:

"Bu, çox şəxsi məsələdir və iştirakçı olan   şəxsə hörmət baxımından, mən bunun mahiyyətini şərh etməyəcəyəm".

“Visir” qəzetinin məlumatına görə, baş nazir  xəbərin təsdiqini yalnız cümə axşamı axşam alıb.

O, dərhal naziri ofisinə çağırıb və istefa verdirib.

Xəzər
“Cebheinfo.az”