Xərrazi: "Kim seçilir-seçilsin..."

Xərrazi: "Kim seçilir-seçilsin..."

"Prezident seçkilərində kimin qalib olacağından asılı olaraq, yanaşmada bəzi fərqlər olsa da, ümumi xarici siyasət strategiyasını Ayətullah Xameneyi müəyyən edib və bu dəyişməz qalacaq".

Yenisabah.az Finacial Times-a istinadla xəbər verir ki, bunu İran Ali liderinin baş müşaviri, İslam Respublikasının Xarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xərrazi deyib. 

Onun sözlərinə görə, seçki İranla Qərb arasında “yeni açılışlar” üçün şans yaradacaq. Lakin buna nail olmaq üçün Qərb dövlətləri “mövcud siyasətdən geri çəkilməli, İranla bərabər əsaslara və qarşılıqlı hörmətə əsaslanan danışıqlara getməlidir”.

Xərrazi əlavə edib: “Əgər onlar əməkdaşlıq etmək qərarına gəlsələr, biz buna hazırıq”.

Baş müşavir bildirib ki, dünya gücləri ilə 2015-ci ildə imzalanmış və JCPOA kimi tanınan sazişlə bağlı İranın yeni hökuməti Vaşinqtonla dolayı danışıqlar aparmağa hazır olacaq.

“Cebhe.info”